Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili “BakuBus”a məxsus sərnişin avtobusu ilə toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü, 2006-cı il təvəllüdlü R. Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
