Lənkəranda avtomobil piyadanı vurub.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan Lənkəran şəhər sakini 1972-ci il təvəllüdlü Rəşad Valqaddin oğlu Qədirovu vurub. R.Qədirov təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
