Gəncədə piyada yol qəzasında xəsarət alıb
“Unikal”ın məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Y. Verdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
