Mingəçevirdə minik avtomobili motosikletlə toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə Qələbə meydanı istiqamətində baş verib. "Mercedes"lə motosikletin toqquşması nəticəsində sınıq və digər bədən xəsarətləri alan 2008-ci il təvəllüdlü motosikletçi Əhmədli Asiman İlkin oğlu xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
