Cəlilabad rayon sakini Sumqayıtda dəm qazından zəhərlənərək ölüb.
"Unikal" xəbər verir ki, hadisə Sumqayıt ərazisində baş verib.
Belə ki, Cəlilabad rayonu Uzuntəpə kənd sakini, 23 yaşlı Musa Məmişov dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
