Bakıda avtomobil qadını vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyev Səlim Etibar oğlunun idarə etdiyi "Mercedes Benz e400" markalı avtomobildə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Rəsulova Afaq Fikrət qızını vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq A. Rəsulova ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.