Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Hüseynov Zirəddin Tələt oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.
Bloqer qeyd edib ki, onun adı Rostovda ölənlər siyahısında olsa da, nəşi tapılmır.
