Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər şəhəri, Rasim Mürsəlov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Qazel” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin kabina və mühərrik hissəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
