Bu gün saat 11:25 radələrində “BakuBus” MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində nasazlıq qeydə alınıb.
"BakuBus" MMC-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Baş vermiş halın yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur.
Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.
Murad İbrahimli
