Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qəza yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili ilə "Газель" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
