Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.
"Unikal"ın məlumatına görə, 6 yanvar gecə saat 01.00 radələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobil BYD ilə toqquşub. Zərbənin təsirindən "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə Vahid Zeynalov və Xəyal Atayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Tural Əhmədov
