Cəlilabadda gənc qadın dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı Cəlilabad rayonunun Üçtəpə kəndində faciəvi şəkildə vəfat edib. 

İlkin məlumata görə, o, yaşadığı evin hamamında dəm qazından boğulub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib. 

Mərhumun nəşi sabah Cəlilabad rayonunun Üçtəpə kəndində torpağa tapşırılacaq.

Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev