Zaqatala  baş verən qəzanın təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, 1984 cü il tıvəllüdlü  rayonun Svagil kənd sakini  Tevruzov Şəhmir Əlimirzə oğlunun idarə etdiyi " Vaz 21010" markalı. və  Aşağı Tala kənd sakini  1957-ci il təvəllüdlü Qurbanov Əli Kamil oğlunun idarə etdiyi "Opel" markalı iki avtomobil toqquşub.

Hadisə zamanı "Vaz 21010 "dakı sərnişin rayonun Svagil kınd sakini - 1984-cü il təvəllüdlü Əliyev Cəmil Cəmil oğlu  bədənin müxtəlif  hissələrinin sınıq xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

*** 18:01

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə  bir neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli