Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədova İlhamə Ümüdvar qızı çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev