Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü E.Quziryani xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.                                Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov