Mingəçevirdə yol qəzasında xəsarət alanlardan bəzilərinin adları məlum olub.
"Unikal" xəbər verir ki, xəsarət alanlar sürücü - Yevlax rayonu, Havarlı kənd sakini Əliyev Xalid Rövşən oğlu (2004), sərnişinlər - 2003-cü il təvəllüdlü Sahil Şükürov, 2005-ci il təvəllüdlü Sənan Şükürovdur.
*** 22:44
Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin yeni köçkün şəhərciyi yaxınlığından keçən hissəsində baş verib. "Hundai" və "Vaz 2106" markalı maşınların toqquşması nəticəsində, ilkin məlumata görə, yaralanan bir neçə nəfər təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
