Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hummer” və "99-TY 561" dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Araşdırma aparılır.