Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Nərimanov rayonunda Atatürk prospekti ilə Fətəli xan Xoyski küçələrinin kəsişməsində baş verib.

"Kia" markalı avtomobil 3 saylı marşurut üzrə hərəkət edən "BakuBus"la toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ziyan dəyib və sərnişin avtobusunun hərəkətində fasilə yaranıb.

Faktla bağlı araşdlrma aparılır.

Ehtiram Muradov