"20.12.2025-ci il tarixində saat 02:30 radələrində Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu barədə "Unikal"a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, ona dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib:

"Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2001-ci il təvvəlüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.

***

Qazaxda 1 nəfərin ölümü 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində baş verib.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Nəticədə 2001-ci il təvəllüdlü N.Alıyev ölüb,1996-cı il təvəllüdü M.Vələdov isə xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov