Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə N.Nərimanov küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillə toqquşan "Hyundai" idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Hadisə zamanı "Hyundai"ın sürücüsü 1987-ci il təvəllüdlü Elşən Aslanov xəsarət alıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
