Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

"Unikal"ın məlumatına görə, hadisə Padar qəsəbəsi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan TIR, mişar daşı ilə yüklü "KamAZ"a çırpılıb. Nəticədə TIR-ın sürücüsü Qocayev Aydın Qoca oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb. 

Ağarza Elçinoğlu