Kəlbəcərdə döyülmə olub.
"Unikal"ın məlumatına görə, Kəlbəcər rayon sakini 1978-ci il təvəllüdlü Z.Zeynalov döyülmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Dərhal xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, Z.Zeynalov tanışı tərəfindən döyülüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
