Mingəçevirdə minik maşını yanıb.

"Unikal"ın məlumatına görə,  hadisə  Aydın Məmmədov küçəsində baş verib. Belə ki, "Vaz 21 099" markalı avtomobildə olan nasazlıq yanğına səbəb olub. 

Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğın söndürərək ətrafdakı maşınlara keçməsinin qarşısı alınıb.

Ehtiram Muradov