Gəncədə qadın yol qəzasında ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospekti ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində baş verib. Belə ki, hərəkətdə olan yük avtomobili yolu keçən 1966-cı il təvəllüdlü R.Məmmədovanı vurub. Qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov