Qusarda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Hil kəndində "ZİL" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili  toqquşub. Hadisə nəticəsində - 1959-cu il təvəllüdlü S.Saruxanov, 1974-cü il təvəllüdlü A.Güləliyev, 1962-ci il təvəllüdlü İ.Ağakişiyeva  və 1989-cu il təvəllüdlü R.Balabekov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar rayon xəstəxanasına yerləşdiriliblər.

XXX

19:04

Qusarda yol qəzasında 4 nəfər yaralanıb
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 3 nəfər kişi, 1 nəfər qadın ağır xəsarət alıblar. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca