09.12.2025-ci il tarixində saat 16:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində müalicələri davam etdirilir. 

Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

*** 18:40

Goranboyda mikroavtobusla  minik maşını toqquşması zamanı xəsarət alanların sayı 6-ya çatıb.

"Unikal"ın  məlumatına görə, xəsarət alanlar 1984-cü il təvəllüdlü Aynur Əmrahova,1994-cü il təvəllüdlü Daşqın Məmmədov,1971-ci il təvəllüdlü Eldəniz Rüstəmov,1991-ci il təvəllüdlü Billurə Novruzova,1995-ci il təvəllüdlü Amil Məmmədov və 1984-cü il təvəllüdlü Siyavuş Musayevdir. Xəsarət alan şəxslər Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

*** 16:51

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" ilə "VAZ 2105 " markalı minik maşınları toqquşub. Qəza zamanı 2005-ci il təvəllüdlü A. Əmrahova, 1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov