Göygöldə minik maşınının aşması zamanı xəsarət alanların kimlikləri məlum olub.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü M.Məmmədov, 1991-ci il təvəllüdlü Ş.Abbasov və 1985-ci il təvəllüdlü N.Həsənovdur.

Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

*** 21:50

Göygöldə "Niva"nın aşması zamanı 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

"Unikal"ın məlumatına görə, minik maşınının aşması nəticəsində ölən 1983-cü il  təvəllüdlü M.Kalpanovdur. Xəsarət alan şəxslər isə hazırda xəstəxanaya aparılır.

Qəzada sonra minik maşını deformasiyaya uğrayıb. Əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib

.Avtmobildə sıxılmış vəziyyətdə qalan 1983-cü il təvəllüdlü M.Kalpanovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq  adıyyatı üzrə təhvil verilib. Əraizyə polis əməkdaşları cəlb edilib. Qəza baş verən yerdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir.

Fakt araşdırılır

*** 20:10

Göygöldə ölümlə nəticələnən ağır qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin və polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov