Xaçmazda 34 yaşlı piyadanı avtomobil vurub

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Belə ki, 34 yaşlı Yergüc kəndi sakini İbadova Günay Cavanşir qızını minlik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb.

 Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca