Yevlaxda dekabrın 5-də baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.
"Unikal" "Report"a istinadən xəbər verir ki, fərdi yaşayış mənzilində baş vermiş yanğın nəticəsində ağır xəsarət alan 1967-ci il təvəllüdlü Kamran Mehdiyev müalicə aldığı xəstəxanada həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 5-də baş vermiş yanğın hadisəsi nəticəsində 1942-ci il təvəllüdlü şəhid alası N. Mikayılova hadisə yerində ölüb, onun oğlu K. Mehdiyev və 1965-ci il təvəllüdlü Y. Vahabova isə xəsarət almışdı.
Xatırladaq ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.
