Biləsuvar rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Qəza zamanı qoşqulu “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasada, minik avtomobilinə ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev