Yevlaxda yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında  şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Yanğın zamanı  şəhər sakini 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq ölüb.

Evdə olan 1965-ci il təvəllüdlü Vahabova Yasəmən və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yanğında ölən Nərgiz Savalan qızı Mikayılova 1-ci Qarabağ müharibəsi şəhidi 1972-ci il təvəllüdlü Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov