Goranboyda minik maşını digər avtomobilə çırpılması zamanı xəsarət alanların adları məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar 1980-ci il təvəllüdlü B.İsmayılov, 1966-cı il təvəllüdlü M.Aslanov və bir nəfərdir. Hazırda onların müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Yaraləlardan birinin vəziyyəti ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
**** 15:50
Goranboyda qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ markalı minik maşını digər avtomobilə çırpılıb. Zərbənin təsirindən "VAZ" yarasız hala düşüb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
