Ötən gün axşam saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza metronun "8 Noyabr" stansiyasının qarşısında, Ceyhun Səlimov küçəsində qeydə alınıb.

Beş avtomobilin iştirakı ilə baş verən qəzada nəqliyyat vasitələrindən biri aşıb. Hadisə zamanı 5 nəfər xəsarət alıb.