Gəncədə zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü A.Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, gənc oğlan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Fakt araşdırılır.
Tural Əhmədov
