Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
*** 18:12
Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
"Unikal" xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınla bağlı araşdırma aparılır.
***13:48
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb.
"Unikal" xəbər verir ki, yanğın rayonda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında, quru ot və qamışlıq sahəsində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.
Yanğının səbəbləri araşdırılır.
