Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü 2005-ci il təvəllüdlü K.Tanırıverdiyev xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Tural Əhmədov