Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
