Gəncədə sərxoş kişi xəstəxanada ölüb.

"UnikaI"ın məlumatına görə, hadisə  Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanada baş verib. Bu gün axşam saatlarında Goranboy rayon sakini - 1979-cu il təvəllüdlü E.Musayev sərxoş halda təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həmin şəxsə göstərilən yardımlara baxmayaraq  o, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, ölən şəxs içki aludəçisi olub. O,  kimsəsizdir. Həmin şəxsin küçələrdə qaldığı müəyyən edilib. Ölüm hadisəsi ilə  bağlı araşdırma aparılır.

Tural Əhmədov