Gəncədə 17 yaşlı yeniyetməyə xəsarət yetirən dostu olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı S. Əliyev dostu K. Qurbanov ilə zarafat edərkən əlindəki dırnaq tutan əlatlə sonuncunun diz nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirib.
Araşdırmalar davam etdirilir.
**** 20:24
Gəncədə bıçalanma qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Pərviz Səmədov küçəsində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü K.Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
