Şəmkirdə restoranda başlayan yanğın söndürülüb.
"Unikal"ın məlumatına görə, rayonun Kür qəsəbəsində yerləşən "Ana Kür" restoranda qeydə alınıb. Yanğının qısa müddət ərzində qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Baş verən yanğın nəticəsində rayon sakini - 1965-ci il təvəllüdlü İ.Şirəliyeva məxsus "Ana Kür" restoranının ərazisində ümumi sahəsi 200 kv.m. olan talvarın yanar konstruksiyaları 130 kv.m. sahədə və talvarın altında sahəsi 65kv.m. olan tikilinin yanar konstruksiyaları 45 kv.m. sahədə yanıb.
Yanğından talvarın, tikilinin qalan hissəsi və hər birinin həcmi 45 litr olan 5 ədəd qaz balonu mühafizə o olunub.
Faktla bağlı araşdırma aparılır
*** 16:57
Şəmkirdə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində yerləşən "Ana Kür" restoranında anidən yanğın başlayıb. Hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.
Yanğın söndürülməsi istiqamətində hazırda işlər gedir.
Yanğınla bağlı araşdırma aparılır.
Tural Əhmədov
