Bakıda şadlıq sarayında meyit tapılıb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Rayonun B.Çobanzadə küçəsinda yerləşən “Xarı Bülbül” şadlıq sarayında Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.