Mingəçevirdə piyadanı maşın vurub.
"Unikal"ın məlumatına görə, "Lada Priora" markalı avtomobil piyada, 18 yaşlı Bəyim Sadıqzadəni vurub. Topuğun qapalı travması və digər bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
