Ağcabədidə 3 otaqlı evdə yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın rayon sakini Famil Hüseynova məxsus 3 otaqlı evdə baş verib. Yanğın yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğının səbəbi araşdırılır.

Seymur Əli