Goranboyda mikroavtobus xırdabuynuzlu heyvanlara çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə Goran-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Naftalan şəhər sakini 1974-cü il təvəllüdlü R.Məmmədov idarə etdiyi "Mercedes Vito"markalı mikroavtobusla hərəkətdə olan zaman qarşısına çıxan 16 baş xırdabuynuzlu heyvanlara çırpılıb.
Qəza zamanı 16 baş xırdabuynuzlu mal-qaranıb 3 başı tələf olub,13 başı yaralanıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov
