Bir neçə gün öncə Lənkəranda yol qəzasında xəsarət alan şəxs ölüb.
"Unikal" xəbər verir ki, qəzada xəsarət alan Salyan rayonunun Dayıkənd kənd sakini, 1962-ci il təvəllüdlü Əzizov Səfər Əvəz oğlu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza hadisəsi noyabrın 16-sı Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə Astara rayon Siyəkü kənd sakini, 1976-ci il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşmuşdu. Qəza nəticəsində 2 nəfər xəsarət almışdı.
Xəlil Əliyev
