Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, fakta görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
13:25
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
