Göygöldə evdə qaz partlayıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib. Belə ki, 1960-cı il təvəllüdlü R.Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 65 yaşlı kişi gecə saatlarında yaşadığı evdə sərxoş halda qaz sobasının yandıran zaman partlayış olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov