Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük avtomobili yolun kənarında dayanan maşınlara çırpılıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.

Qəzadan sonra "Ford"un sürücüsünün halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Sürücüyə tibbi yardım göstərilib.

Seymur Əli