Neftçalada şəhid anası vəfat edib.
"Unikal"ın məlumatına görə, şəhid Dadaşov İlham Adil oğlunun anası Elmira Dadaşova dünyasını dəyişib. Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb.
Gülayə Mecid
