Mingəçevirdə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, yaralanan var.

"Unikal"ın məlumatına görə, 8 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun "Mersedes" markalı minik maşını ilə toqquşması nəticəsində minik maşınında olan 40 yaşlı sərnişin Ceyhun Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov